bakı, 22 yanvar, arhd.media
ötən il iran ilə azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 21 faiz artıb.
arhd.media iran mətbuatına istinadla xəbər verir ki, bu barədə iranın yol və şəhərsalma nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri əmin tərfa azərbaycan ilə iran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının tehranda keçirilən 16-cı iclasında deyib.
o bildirib ki, əgər 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 480 milyon dollar olmuşdusa, 2024-cü ildə bu rəqəm 580 milyon dollara yüksəlib.
onun sözləri görə, iki qonşu dövlət arasında tranzit və nəqliyyat sahələrində yaxşı əməkdaşlıq əlaqələri mövcuddur: “ağbənddə iran ilə azərbaycan arasında araz çayı üzərində salınan yeni körpünün tikintisi son mərhələdədir”.





















