tbmm-in sədri numan kurtulmuş ramazan ayının başlaması münasibətilə milli məclisin sədri sahibə qafarovanı təbrik edib

bakı, 4 mart, arhd.media



tbmm-in sədri numan kurtulmuş ramazan ayının başlaması münasibətilə milli məclisin sədri sahibə qafarovanı təbrik edib


martın 4-də türkiyə böyük millət məclisinin (tbmm) sədri numan kurtulmuş milli məclisin sədri sahibə qafarovaya zəng edərək mübarək ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.

milli məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a bildiriblər ki, tbmm-in sədri bu mübarək ayın qardaş azərbaycan xalqına və müsəlman dünyasına sülh, əmin-amanlıq, xeyir-bərəkət gətirməsini diləyib.

telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən parlamentlərimizin əməkdaşlığı məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.

Baxış sayı: 6 554

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə