azərbaycan prezidenti: bu gün açılışında iştirak etdiyimiz layihə naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək
bakı, 5 mart, arhd.media
bu gün açılışında iştirak etdiyimiz layihə naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək.
arhd.media xəbər verir ki, bu fikirləri prezident ilham əliyev iğdır-naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında səsləndirib.
dövlətimizin başçısı bildirib ki, çünki azərbaycandan gələn qaz türkiyə ərazisindən naxçıvana ötürülərək artıq naxçıvanı da bu problemdən xilas etmiş olacaq.






















