bakı, 7 mart, arhd.media
ceyhun bayramov səudiyyə ərəbistanına işgüzar səfərə yola düşüb
azərbaycanın xarici işlər naziri ceyhun bayramov səudiyyə ərəbistanının ciddə şəhərinə işgüzar səfərə yola düşüb.
bu barədə arhd.media-a azərbaycan xarici işlər nazirliyindən məlumat verilib.
bildirilib ki, səfər çərçivəsində ceyhun bayramovun islam əməkdaşlıq təşkilatının xarici işlər nazirləri şurasının fövqəladə iclasında iştirakı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.





















