moskva, 23 yanvar,  arhd.media

 

indiki mərhələdə donald tramp administrasiyasının cənubi qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir.

arhd.media  xəbər verir ki, bu barədə rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi mariya zaxarova moskvada keçirilən brifinqdə bildirib.

onun sözlərinə görə, ötən illərin təcrübəsi göstərir ki, qeyri-regional oyunçuların, o cümlədən abş və avropa ölkələrinin müdaxilə edilməsi region üçün müsbət nəticə verməyib.

moskva hesab edir ki, bakı ilə irəvan arasında münaqişənin nizamlanmasının əsasını rusiya, azərbaycan və ermənistan liderlərinin üçtərəfli bəyanatlar kompleksi təşkil edir, - deyə diplomat xatırladıb. o vurğulayıb ki, rusiya bakı ilə irəvan arasında birbaşa dialoqu dəstəkləyir və münasibətlərin normallaşdırılmasına, balanslaşdırılmış sülh müqaviləsinin işlənib hazırlanmasına, nəqliyyat və iqtisadi əlaqələrin açılmasına, sərhədlərin delimitasiyası və demarkasiyasına, habelə vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafına köməklik etməyə hazırdır.

rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, üç cənubi qafqaz dövlətini (azərbaycan, ermənistan və gürcüstan) və üç qonşu dövləti (rusiya, iran və türkiyə) birləşdirən “3+3” platforması perspektivli regional əməkdaşlıq mexanizminə çevrilə bilər.

Baxış sayı: 3 234

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə