bakı, 10 mart, arhd.media


milli məclisdə “qərbi azərbaycana qayıdış prosesində qht-lərin rolu” mövzusunda ictimai dinləmə keçirilib 


martın 10-da parlamentdə ictimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə “qərbi azərbaycana qayıdış prosesində qht-lərin rolu” mövzusunda ictimai dinləmə keçirilib.

arhd.media xəbər verir ki, milli məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri fazil mustafa giriş sözü ilə çıxış edərək mövzunun aktuallığından danışıb. o, bu ilin fevralında milli məclisin təşkilatçılığı ilə bakıda keçirilən asiya parlament assambleyasının yekununda qəbul edilən bakı bəyannaməsində qərbi azərbaycandan olan soydaşlarımızın öz yurdlarına ləyaqətli qayıdışının həyata keçirilməsi ilə bağlı müddəaların öz əksini tapmasının əhəmiyyətini vurğulayıb. qeyd edilib ki, ermənistandan qovulmuş azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı konsepsiyasının beynəlxalq platformalarda tanınması bu soydaşlarımızın hüquqlarının bərpası və ata-baba yurdlarına qayıtmalarının təmin olunması səylərinə böyük təkan verir. fazil mustafa bu işin davam etdirilməsi üçün vətəndaş cəmiyyəti institutlarının prosesə daha fəal cəlb edilməsi, o cümlədən parlamentlərarası platformalarda daha fəal olmaq üçün qht-lərlə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.

sonra milli məclisin qərbi azərbaycana qayıdış üzrə təşəbbüs qrupunun rəhbəri, qərbi azərbaycan icması idarə heyətinin sədri əziz ələkbərov çıxış edərək bildirib ki, ötən dövrdə parlamentdə qərbi azərbaycana qayıdışla bağlı müxtəlif komitələr tərəfindən beş, qərbi azərbaycana qayıdış üzrə təşəbbüs qrupu tərəfindən bir ictimai dinləmə keçirilib. o, qərbi azərbaycana dinc yolla və ləyaqətli şəkildə qayıdış işində qht-lərin üzərinə düşən vəzifələr, xalq diplomatiyasında onların iştirakı, təcrübəli qht-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi kimi məsələlər barədə fikirlərini bildirib.

daha sonra qht-lərə dövlət dəstəyi agentliyinin icraçı direktoru aygün əliyeva agentliyin qərbi azərbaycan mövzusunda həyata keçirilən fəaliyyəti haqqında slaydlarla müşayiət olunan təqdimatı diqqətə çatdırıb. aygün əliyeva qht-lərə dövlət dəstəyi agentliyinin qərbi azərbaycana qayıdış konsepsiyası üzrə strategiyası, bu istiqamətdə həyata keçirilən qrant layihələri, onların məzmunu, yekunları və nəticələri barədə ətraflı məlumat verib.

digər çıxış edənlər - milli məclisin səhiyyə komitəsinin sədri əhliman əmiraslanov, əmək və sosial siyasət komitəsinin sədri musa quliyev, insan hüquqları komitəsinin sədri zahid oruc, ictimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini sahib alıyev, elm və təhsil komitəsi sədrinin müavini fariz ismayılzadə, əmək və sosial siyasət komitəsi sədrinin müavini elşad musayev, deputatlar məlahət ibrahimqızı, tənzilə rüstəmxanlı, ceyhun məmmədov, rizvan nəbiyev, azər allahverənov, milli qht forumunun idarə heyətinin sədri ramil iskəndərli, “bakı qeyri-hökumət təşkilatlarının resurs və təlim mərkəzi” ictimai birliyinin sədri rauf zeyni, “bakı politoloqlar klubu” ictimai birliyinin sədri zaur məmmədov, beynəlxalq avrasiya mətbuat fondunun sədri umud mirzəyev, “qarabağın tərəqqisi naminə” ictimai birliyinin sədri şəbnəm səfərova, “cəmiyyətin inkişafı mərkəzi” ictimai birliyinin sədri əhməd abbasbəyli, qərbi azərbaycan icmasının müşahidə şurasının sədri misir mərdanov, azərbaycan dövlət pedaqoji universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru mahirə hüseynova, “azərbaycan milli kulinariya assosiasiyası” ictimai birliyinin sədri tahir əmiraslanov, “vətəndaşların sosial rifahı naminə” ictimai birliyinin sədri iradə rizazadə fikir və təkliflərini səsləndiriblər. çıxışçılar qərbi azərbaycana qayıdışla bağlı milli məclisdə keçirilən dinləmələrin əhəmiyyətini diqqətə çatdırıb, bu müzakirələrin azərbaycanlıların ermənistandan deportasiya edilməsi ilə bağlı həqiqətlərin beynəlxalq müstəviyə çıxarılması, soydaşlarımızın öz ata-baba yurdlarına qayıdış hüququnun beynəlxalq miqyasda tanınması, tarixi ədalətin bərpası baxımından əhəmiyyətini vurğulayıblar.

ictimai dinləmədə qərbi azərbaycandakı yurd-yuvalarından qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun təmin olunması, bu məsələnin beynəlxalq müstəvidə daha geniş şəkildə işıqlandırılmasında qht-lərin, xalq diplomatiyasının rolu, qərbi azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışın digər aspektləri mövzusunda fikir mübadiləsi aparılıb.

komitə sədri fazil mustafa tarixi torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin edilməsinin aktuallığından, tədbirdə səslənən fikirlərin ictimai əhəmiyyətindən bəhs edib. o, qərbi azərbaycana dinc və ləyaqətli qayıdışın yaxın zamanlarda gerçəkləşdiriləcəyinə inamını ifadə edib.

tədbirdə milli məclisin deputatları, prezident administrasiyasının, parlament aparatının nümayəndələri, qərbi azərbaycan icmasının üzvləri, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Baxış sayı: 4 313

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə