bakı, 11 mart, arhd.media
qordana silyanovska-davkova: azərbaycan təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir
azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir.
arhd.media xəbər verir ki, bu fikirləri şimali makedoniya prezidenti qordana silyanovska-davkova azərbaycan prezidenti ilham əliyev ilə mətbuata bəyanatında səsləndirib.
o qeyd edib: “mən cənab prezidentə söylədiyim məsələləri bir daha vurğulayıram ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. bu, o demək deyil ki, biz yalnız qaz təchizatında azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq”






















