rosen plevneliyev: çətin anlarımızda azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut etdi video

bakı, 12 mart, arhd.media



rosen plevneliyev: çətin anlarımızda azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut etdi 


cənub-şərqi avropa üçün azərbaycan mühüm tərəfdaşdır. çətin anlarımızda azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut etdi.

arhd.media xəbər verir ki, bu sözləri bolqarıstanın sabiq prezidenti rosen plevneliyev bakı qlobal forumunun idarə heyətinin mətbuat konfransında söyləyib.

"mənim ölkəm bolqarıstana rusiya qaz ixrac etməyi artıq dayandırıb. azərbaycan bu çətin dövrdə bizim üçün etibarlı enerji təminatçısına çevrildi və bu, münasibətlərimizin yeni müstəviyə keçməsinə səbəb oldu", - deyə o qeyd edib.

rosen plevneliyev yeni layihələrin olduğunu da diqqətə çatdıraraq vurğulayıb: “biz çindən avropaya azərbaycan vasitəsilə daşımalar edirik. bizim yeni layihəmizdə rumıniya, bolqarıstan, macarıstan, gürcüstan və digər ölkələr iştirak edəcək".

Baxış sayı: 3 546

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə