səfir: azərbaycan italiyanın etibarlı neft və qaz təchizatçısıdır

bakı, 12 mart, arhd.media


səfir: azərbaycan italiyanın etibarlı neft və qaz təchizatçısıdır


bu gün bakıda italiya dizayn günü çərçivəsində ada universiteti, milan politexnik universiteti və italiya səfirliyinin birgə təşkilatçılığı ilə dayanıqlı inkişaf üzrə konfrans təşkil olunub.

arhd.media xəbər verir ki, bunu ada universitetində italyan dizayn gününün 9-cu buraxılışı münasibətilə “şəhərdən ərazilərə davamlı inkişaf” beynəlxalq konfransında jurnalistlərə açıqlaması zamanı italiyanın azərbaycandakı səfiri luka di canfrançesko deyib.

onun sözlərinə görə, konfransda bir çox mühüm qonaqlar, o cümlədən milan politexnik universitetinin nümayəndələri və italiyanın özəl sektorunun nümayəndələri iştirak edirlər.

qonaqlar arasında “simmetrico” şəbəkəsinin təsisçisi daniele zambelli də var. italiyanın tanınmış şirkəti olan “simmetrico” bakıda inşa olunan zəfər parkı layihəsinin müəllifidir.

bundan əlavə, tədbirdə heydər əliyev fondunun nümayəndələri də iştirak ediblər. səfir italiya və azərbaycan arasında mədəni dialoqun və təşəbbüslərin təşviqi sahəsində heydər əliyev fondu ilə davamlı əməkdaşlığa görə məmnun olduğunu qeyd edib. o, həmçinin tədbirin iki ölkə arasında olan sıx əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

“iki ölkə arasında sıx siyasi əlaqələr də mövcuddur və mütəmadi olaraq rəsmi səfərlər təşkil olunur. ötən il prezident ilham əliyev romaya səfər edib və italiya prezidenti sercio mattarella ilə görüşüb. italiyanın baş naziri ciorcia meloni isə ötən il bakıda keçirilən cop29 konfransında iştirak edib. bundan əlavə, italyanın müdafiə naziri ötən il ölkənizə iki dəfə, azərbaycanın iqtisadiyyat naziri mikayıl cabbarov isə romaya səfər edib”, - deyə səfir vurğulayıb.

luka di canfrançesko azərbaycanın italiyanın etibarlı neft və qaz təchizatçısı olduğunu vurğulayıb.

Baxış sayı: 5 466

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə