bakı, 13 mart, arhd.media
azərbaycan respublikası diasporla iş üzrə dövlət komitəsinin nümayəndə heyəti islam dünyası təhsil, elm və mədəniyyət təşkilatında (icesco) görüş keçirib.
arhd.media təşkilatın məlumatına istinadla xəbər verir ki, diasporla iş üzrə dövlət komitəsinin sədri fuad muradovun icesco-nun baş direktoru salim əl-malik ilə görüşündə əməkdaşlığın müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılıb.
azərbaycanın mərakeşdəki səfiri nazim səmədovun da iştirak etdiyi görüşdə salim əl-malik icesco ilə azərbaycan arasında möhkəm əlaqələrin olduğunu bir daha qeyd edib. onun sözlərinə görə, bunu bir sıra birgə proqramlar və uğurla həyata keçirilən layihələr nümayiş etdirir. bundan əlavə, baş direktor təşkilatın təşəbbüslərinə, proqramlarına və layihələrinə göstərdiyi davamlı dəstəyə görə azərbaycan respublikasının prezidenti ilham əliyevə minnətdarlığını bildirib.
öz növbəsində, fuad muradov icesco-nun təşkilata üzv dövlətlərə davamlı dəstəyini yüksək qiymətləndirib. o, diasporla iş üzrə dövlət komitəsinin fəaliyyəti barədə məlumat verib, onun müxtəlif proqramlar və tədbirlər keçirdiyini qeyd edib. f.muradov, həmçinin azərbaycan diasporunun mədəniyyətimizin təbliğində mühüm rolunu vurğulayıb.
görüşdən sonra nümayəndə heyəti hazırda icesco-nun mənzil-qərargahında yerləşən “peyğəmbərin tərcümeyi-halı və islam sivilizasiyası” adlı sərgi və muzey ilə tanış olublar.
























