bakı, 14 mart, arhd.media

martın 14-də xarici işlər naziri ceyhun bayramov xii qlobal bakı forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan iqtisadi əməkdaşlıq təşkilatının (iət) baş katibi əsəd məcid xan ilə görüşüb.

xarici işlər nazirliyinin mətbuat xidməti idarəsindən arhd.media-a bildirilib ki, görüşdə iət çərçivəsində əməkdaşlıq imkanları, iət-in fəaliyyətinin gücləndirilməsi səyləri, təşkilatın ölkəmizdə keçiriləcək zirvə görüşünə hazırlıq işləri, habelə regional məsələlər müzakirə olunub.

nazir ceyhun bayramov ölkəmizin iqtisadi əməkdaşlıq təşkilatının işinə əhəmiyyət verdiyini, onun əhatə etdiyi regionun iqtisadi-ticarət, nəqliyyat-kommunikasiyalar sahələri üzrə imkanlarla zəngin olduğunu, bu baxımdan bölgənin mövcud potensialından istifadənin vacibliyini qeyd edib.

görüşdə azərbaycanın bmt-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasına (cop29) sədrliyindən bəhs olunub, iət çərçivəsində ətraf mühitlə bağlı təşəbbüslərin irəlilədilməsinin əhəmiyyəti qeyd edilib.

cari ildə azərbaycanda keçiriləcək zirvə görüşünün iqtisadi əməkdaşlıq təşkilatının inkişafı, gücləndirilməsi baxımından mühüm rol oynayacağı, bu baxımdan üzv ölkələrin fəal iştirak və töhfələrinin vacibliyi vurğulanıb.

görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 3 531

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə