moskva, 14 mart, arhd.media
rusiya xarici işlər nazirliyinin rəsmisi mariya zaxarova azərbaycanla ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların sona çatmasına dair bəyanatla çıxış edib.
arhd.mediaxəbər verir ki, rusiya xin iki ölkə arasında sülh danışıqları və dövlətlərarası əlaqələrin qurulması üzrə razılaşma əldə olunmasını alqışlayıb. bəyanatda qeyd olunub ki, moskva 2020-2022-ci illərdə rusiya, azərbaycan və ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda da nəzərdə tutulduğu kimi bakı ilə irəvan arasında əlaqələrin hərtərəfli normallaşması yolunda atılmış bu vacib addımı dəstəkləyir.
rusiya xin rəsmisi bildirib ki, moskva gələcəkdə də sülh prosesi, sülh sazişinin imzalanması, nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və digər humanitar aspektlər kimi azərbaycanla ermənistan arasında qalan məsələlərin həllinə hər iki tərəf üçün məqbul sayılacaq həddə dəstək verməyə hazırdır.
bəyanatda, həmçinin qeyd olunub ki, rusiya xarici işlər nazirinin azərbaycan-ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi iqor xovayev müvafiq müzakirələrin aparılması üçün bakı və irəvana səfər etməyə hazırdır.
bundan başqa rusiya azərbaycan və ermənistan arasında münasibətlərin normallaşması, həmçinin sülh sazişinin imzalanması məsələləri üzrə danışıqların aparılması üçün məkan təklif etdiyini təsdiq edir.























