ankara, 15 mart, arhd.media



cnn türk”: blokadada olan ermənistan əhalisinin sayı azalan və inkişaf etməyən ölkədir


ermənistanda doğum səviyyəsi aşağı düşür, ölkənin əhalisinin sayı azalır, bu amillər iki böyük qonşusu - azərbaycan və türkiyə ilə sərhədləri bağlı qalan dövlət üçün yeni böhranların müjdəçisidir.

arhd.media xəbər verir ki, bu barədə “cnn türk” telekanalının ermənistandakı vəziyyətə həsr olunmuş şənbə reportajında deyilir.

reportajda diqqət ermənistanda “əhalinin rifahına təsir edən və etirazlar üçün potensial təkan olan” iqtisadi inkişafın aşağı səviyyəsinə çəkilir. “müasir ermənistanda ciddi investisiyalar və ya sənaye potensialı yoxdur”, - deyən türkiyə telekanalı ermənistanı “ticarət potensialı zəif və blokadada olan ölkə” adlandırır.

“bugünkü ermənistan 1915-ci il qondarma “soyqırımı” ilə bağlı iddialar spiralından çıxa bilmir. üç milyon əhalisi olan respublikanın inkişafı üçün diasporun dəstəyi yetərli deyil, türklər və ermənilər arasında həqiqi sülhün mümkünlüyü məsələsi müzakirə mövzusu olaraq qalır”, - deyə türkiyə və ermənistan ekspertlərinin dialoq perspektivləri ilə bağlı fikirlərinə istinad edilən reportajda vurğulanır.

telekanal əsas diqqəti rəsmi ankaranın nümayəndələrinin türkiyə-ermənistan münasibətlərinin normallaşması prosesinin bakı ilə irəvan arasında dialoqla bilavasitə bağlı olması barədə bəyanatlarına yönəldir.

reportajda qeyd olunur: “türkiyə ilə ermənistan arasında dialoq normallaşma üçün yetərli deyil. ikinci qarabağ müharibəsinin nəticələri fonunda regionda mövqeləri möhkəmlənən azərbaycan da önəmlidir. bölgədəki geosiyasi vəziyyət bakının xeyrinə dəyişir, irəvan isə tək qalır”.

türkiyə telekanalı azərbaycanlıların qərbi azərbaycandakı tarixi torpaqlarına qayıtması mövzusuna xüsusi diqqət yetirir: “türk arxiv mənbələrində irəvanın tarixi adı rəvandır”. “cnn türk” 1760-cı illərdə tikilmiş məscidin görüntülərini izləyicilərə nümayiş etdirərək bildirir ki, tarixi göy məscid irəvanda qalan yeganə məsciddir. o, irəvan xanı hüseynəli xanın əmri ilə tikilib.

“bu gün məscidin faktiki istifadə olunmayan 4 minarəsindən yalnız biri salamat qalıb. şəhərin tarixi türk irsi məkanlarından biri olan məscidə giriş gündə 6 saatla məhdudlaşdırılıb", - deyə reportajda diqqətə çatdırılır.

telekanal ermənistanın üzləşdiyi iqtisadi və siyasi çağırışlara diqqət yetirərək soruşur: “irəvan regionda əlaqələri normallaşdırmaq üçün tarixi şansı əldən verəcəkmi?”

Baxış sayı: 3 564

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə