“azərbaycan respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “azərbaycan respublikasının maliyyə sabitliyi şurasının yaradılması haqqında” azərbaycan respublikası prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanının ləğv edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2020-ci il 9 sentyabr tarixli 1151 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası prezidentinin fərmanı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “azərbaycan respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “azərbaycan respublikasının maliyyə sabitliyi şurasının yaradılması haqqında” azərbaycan respublikası prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanının ləğv edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2020-ci il 9 sentyabr tarixli 1151 nömrəli fərmanının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2020, № 9, maddə 1141 (cild i); 2024, № 1, maddə 32) 2-ci hissəsinə “azərbaycan respublikası prezidentinin köməkçisi – iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri” abzasından əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“samir şərifov − azərbaycan respublikası baş nazirinin müavini”.
2. azərbaycan respublikasının nazirlər kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 27 yanvar 2025-ci il




















