islamabad, 28 mart, arhd.media
baş nazirin müavini: azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi pakistan üçün əsas prioritet olaraq qalır
çoxsahəli əməkdaşlıq vasitəsilə pakistan-azərbaycan əlaqələrinin möhkəmləndirilməsi pakistan hökumətinin əsas prioritetlərindən biri olaraq qalır.
arhd.media xəbər verir ki, bu barədə pakistan baş nazirinin müavini və xarici işlər naziri, senator məhəmməd ishaq dar islamabadda keçirilən azərbaycanla investisiya layihələri təklifləri üzrə nazirlərarası görüşdə çıxışında bildirib.
iclasda kommunikasiya naziri, investisiyalar üzrə xüsusi şuranın (sifc) milli koordinatoru, maliyyə, neft, daxili işlər, səhiyyə, ticarət və milli avtomobil yolları idarəsi üzrə federal nazirləri, o cümlədən xarici işlər nazirliyinin yüksək vəzifəli rəsmiləri iştirak ediblər.
forumda müxtəlif istiqamətlərdə üzrə işlərin gedişatı barədə məlumat verilib. baş nazirin müavini infrastruktur, neft sənayesi, ticarət və informasiya texnologiyaları sahələrinə investisiya qoyuluşu ilə bağlı təkliflərin hazırlanmasını 2025-ci il aprelin 3-dək tamamlamağı tapşırıb.























