bakı, 2 aprel, arhd.media
azərbaycan ilə somali arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib fərman
prezident ilham əliyev “azərbaycan respublikasının elm və təhsil nazirliyi ilə somali federativ respublikasının təhsil, mədəniyyət və ali təhsil nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
arhd.media xəbər verir ki, fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra azərbaycanın elm və təhsil nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. xarici işlər nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə somali federativ respublikası hökumətinə bildiriş göndərməlidir.























