bakı, 2 aprel, arhd.media
almaniya prezidenti frank-valter ştaynmayerin azərbaycana səfəri başa çatıb
almaniya federativ respublikasının prezidenti frank-valter ştaynmayerin azərbaycan respublikasına rəsmi səfəri aprelin 2-də başa çatıb.
arhd.media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı heydər əliyev beynəlxalq aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
almaniya prezidenti frank-valter ştaynmayeri hava limanında azərbaycan respublikası baş nazirinin birinci müavini yaqub eyyubov, xarici işlər nazirinin müavini fariz rzayev və digər rəsmi şəxslər yola saldılar.
























