azərbaycan prezidenti: biz cənubi qafqaz boru kəmərini, tanap-ı və tap-ı genişləndirməliyik

bakı, 4 aprel, arhd.media



indi cənub qaz dəhlizi tam gücü ilə işləyir. cənubi qafqaz boru kəməri, tanap, tap həmin bu dəhlizin 3 ayrılmaz hissəsidir.

arhd.media xəbər verir ki, bu barədə prezident ilham əliyev cənub qaz dəhlizi məşvərət şurası çərçivəsində nazirlərin 11-ci və yaşıl enerji məşvərət şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

“onlar tam iş gücündə işləyir və biz onları genişləndirməliyik”, - deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. “burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrinin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”, - deyə prezident vurğulayıb.

Baxış sayı: 9 793

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə