bakı, 4 aprel, arhd.media
“azəri-çıraq-günəşli”, “abşeron” və “şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
arhd.media xəbər verir ki, bu fikri prezident ilham əliyev cənub qaz dəhlizi məşvərət şurası çərçivəsində nazirlərin 11-ci və yaşıl enerji məşvərət şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında səsləndirib.
“bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanacaq ki, onlarla bağlı müqavilələr artıq imzalanıb, işçi proqram həyata keçirilir. boru kəmərlərinin çəkilməsi, bakı-tbilisi-ceyhan, bakı-supsa neft boru kəmərləri və həmçinin cənubi qafqaz boru kəməri bütün iştirakçılarla birlikdə görülmüş işlərin nəticəsidir”.























