bakı, 4 aprel, arhd.media
milli məclisin sədri sahibə qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 4-də özbəkistan respublikasına işgüzar səfərə gedib.
parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a bildirilib ki, səfər çərçivəsində milli məclisin və qoşulmama hərəkatı parlament şəbəkəsinin sədri sahibə qafarova parlamentlərarası ittifaqın 150-ci assambleyasında, qoşulmama hərəkatı parlament şəbəkəsinin 4-cü konfransında və apa-nın koordinasiya iclasında iştirak edəcək.
milli məclis sədrinin parlamentlərarası ittifaqın 150-ci assambleyasında çıxışı, iştirakçı ölkələrin parlament sədrləri, nümayəndə heyətlərinin və beynəlxalq təşkilatların rəhbərləri, həmçinin özbəkistanın dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.























