bakı, 28 yanvar,  arhd.media


 

heydər əliyev beynəlxalq hava limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. nazirlik (rəqəmsal inkişaf və nəqliyyat nazirliyi – red.) tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, heydər əliyev beynəlxalq hava limanında yeni terminal kompleksi inşa edilsin. mən də öz dəstəyimi verdim.

arhd.media xəbər verir ki, bu sözləri prezident ilham əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.

dövlətimizin başçısı bildirib: “indi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik”.

Baxış sayı: 5 443

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə