bakı, 4 aprel, arhd.media
“reuters”: hakan fidan türkiyənin suriyada israillə qarşıdurma istəmədiyini deyib
türkiyənin xarici işlər naziri hakan fidan cümə günü “reuters” agentliyinə bildirib ki, israilin suriyada hərbi obyektlərə təkrar hücumları yeni hökumətin təhdidlərin qarşısını almaq qabiliyyətini sarsıdır və türkiyə bu ölkədə israillə qarşıdurma istəmir.
brüsseldə nato xarici işlər nazirlərinin iclası çərçivəsində verdiyi müsahibədə hakan fidan deyib ki, israilin suriyaya - prezident əhməd əş-şaraa administrasiyasının türkiyənin yaxın müttəfiqi olduğu yerlərə hücumları gələcəkdə regional qeyri-sabitliyə yol aça bilər. “əgər dəməşqin yeni administrasiyası türkiyə ilə olduğu kimi, suriyanın qonşusu olan israillə də “müəyyən anlaşmalar” əldə etmək istəyirsə, bu, onların öz işidir”, -deyə o əlavə edib.
abş prezidenti donald trampın irana hərbi zərbələr endirəcəyi ilə bağlı təhdidləri haqqında sualı cavablandıran hakan fidan bildirib ki, mübahisənin həlli üçün diplomatiyaya ehtiyac var və ankara qonşusu irana qarşı hər hansı hücumu görmək istəmir.























