bakı, 4 aprel, arhd.media
iqtisadi şuranın növbəti iclası keçirilib
aprelin 4-də iqtisadi şuranın növbəti iclası keçirilib.
nazirlər kabinetindən arhd.media-a bildiriblər ki, azərbaycan respublikası iqtisadi şurasının sədri, baş nazir əli əsədovun rəhbərliyi ilə keçirilən iclasda milli iqtisadiyyatımız üçün vacib olan prioritet məsələlər, o cümlədən, ortamüddətli dövr üzrə dayanıqlı makroiqtisadi və fiskal çərçivənin formalaşdırılması, özəl sektorun inkişafı və özəl investisiyaların artırılması, qeyri-neft ixracının həcminin və ixrac coğrafiyasının genişləndirilməsi və digər aktual məsələlər ətraflı müzakirə olunub.
gündəlikdə olan makroiqtisadi məsələlər üzrə azərbaycan respublikası prezidentinin köməkçisi şahmar mövsümovun təqdimatı dinlənilib. təqdim olunan iqtisadi suallara dair iqtisadi şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.
iclasın yekununda iqtisadi şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub, maliyyə və iqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilib.
























