italiyalı nazir: 2024-cü ildə tap italiya üçün ikinci ən böyük təchizat marşrutuna çevrildi

bakı, 4 aprel, arhd.media




italiyalı nazir: 2024-cü ildə tap italiya üçün ikinci ən böyük təchizat marşrutuna çevrildi


italiya cənub qaz dəhlizinin əsas rolunu enerji keçidində tanıyır. o təchizatın təhlükəsizliyinin təmin edilməsinə yönələn bir təşəbbüsdür və cop29 çərçivəsində qəbul edilən qərarlara uyğundur.

arhd.media xəbər verir ki, bunu italiyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini vannia qava cənub qaz dəhlizi məşvərət şurası çərçivəsində nazirlərin 11-ci və yaşıl enerji məşvərət şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

o bildirib ki, istismara veriləndən, 2020-ci ilin sonunda italiya 36 milyard kubmetrdən artıq qazı idxal edib.

“bu da trans-adriatik boru kəməri (tap) vasitəsilə həyata keçirilib. 2024-cü ildə tap italiya üçün ikinci ən böyük təchizat marşrutuna çevrildi. tap avropanı xəzər və şimali afrika ilə birləşdirərək italiyanın strateji enerji mərkəzi kimi rolunu gücləndirməyə kömək edəcək və biz artıq boru kəmərinin gücünün artırılması prosesinə başlamışıq”, - deyə nazir müavini qeyd edib.

Baxış sayı: 4 450

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə