bakı, 4 aprel, arhd.media
özbəkistan prezidenti: trans-xəzər beynəlxalq nəqliyyat marşrutunun genişləndirilməsi vacib məsələdir
ölkələr və biznes üçün olduqca əhəmiyyətli olan trans-xəzər beynəlxalq nəqliyyat marşrutunun genişləndirilməsi və yükaşırma qabiliyyətinin artırılması vacib məsələdir.
arhd.media xəbər verir ki, bu sözləri özbəkistan prezidenti şavkat mirziyoyev səmərqənddə keçirilən “mərkəzi asiya-avropa ittifaqı” forumunda çıxışı zamanı deyib.
o bildirib ki, özbəkistanın təbii resurslarının dünya bazarlarına çıxarılması üçün tranzit nəqliyyat marşrutları lazımdır. yüklərin avropaya və əks istiqamətə daşınması üçün trans-xəzər beynəlxalq nəqliyyat marşrutunun genişləndirilməsi ticarət əlaqələrinin inkişafı üçün vacib məsələlərdən biridir.
qeyd etmək lazımdır ki, sammitdə mərkəzi asiya respublikalarının prezidentləri ilə yanaşı, bmt-nin, avropa ittifaqının nümayəndələri də iştirak edirlər.
sammit öz işini aprelin 5-də yekunlaşdıracaq.























