azərbaycan respublikasının milli məclisi azərbaycan respublikası konstitusiyasının 94-cü maddəsinin i hissəsinin 15-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” azərbaycan respublikasının qanununda (azərbaycan respublikasının qanunvericilik toplusu, 2004, № 8, maddə 601 (cild i) aşağıdakı dəyişikliklər edilsin:
1. 7.2.5-ci maddədən “və başqa silahlı birləşmələrinin” sözləri çıxarılsın.
2. 8.1.14-cü maddədə “öz səlahiyyətləri daxilində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin və həmin maddəyə “əməkdaşlığın” sözündən sonra “, o cümlədən müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində əməkdaşlığın” sözləri əlavə edilsin.
3. 14.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“14.11. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları müvafiq icra hakimiyyəti orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidirlər.”.
4. aşağıdakı məzmunda 15.2-1-ci maddə əlavə edilsin:
“15.2-1. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə həqiqi hərbi xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımırlar.”.
5. 18-ci maddə üzrə:
5.1. 18.4-cü maddənin birinci cümləsindən “və başqa silahlı birləşmələrinin” sözləri çıxarılsın;
5.2. 18.5-ci maddədə “azərbaycan respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş” sözləri “qanunla qadağan olunmayan” sözləri ilə əvəz edilsin;
5.3. aşağıdakı məzmunda 18.6-cı maddə əlavə edilsin:
“18.6. müvafiq icra hakimiyyəti orqanının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti (kənar dövlət maliyyə nəzarəti istisna olmaqla) tədbirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat və əks-kəşfiyyat tədbirləri üçün vəsaitin xərclənməsi normalarını və qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 10 dekabr 2024-cü il






















