bakı, 7 aprel, arhd.media
azərbaycan, israil və abş-ın faydalanacağı “ibrahim razılaşması"na azərbaycanın qoşulacağı günün ən qısa zamanda gələcəyinə ümidliyik.
arhd.media xəbər verir ki, bu barədə dona qrasiya diplomatiya mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi, jurnalist reyçel avraham qlobal yəhudi mediasının nəhəngi, abş-da yayımlanan “jewish press”də dərc olunmuş “azərbaycanın geostrateji potensialı və ibrahim razılaşması” başlıqlı məqaləsində yazıb.
yazıda razılaşmaya imza atan birləşmiş ərəb əmirliklərinin, bəhreynin maliyyə imkanlarına və israilin innovativ texnologiyalarına azərbaycanın geosiyasi üstünlüklərinin əlavə olunmasının bölgədə sülhə və təhlükəsizliyə əhəmiyyətli töhfə verəcəyi qeyd edilib.
abş və israilin bölgədə davamlı sülhün, sabitliyin bərqərar olmasına dair baxışlarına müxtəlif rakurslardan nəzər saldıqda yaxın şərqdə və onun hüdudlarından kənarda yerləşən müsəlman ölkələri arasında tam uyğun gələn ölkənin azərbaycan olduğu bildirilib. israillə azərbaycan arasında çoxşaxəli əməkdaşlığın həyata keçirildiyini və təl-əvivdə ölkəmizin səfirliyinin fəaliyyət göstərdiyini vurğulayan müəllif yaranmış vəziyyətdə sualın “azərbaycan “ibrahim razılaşması”na daxil edilməlidirmi?” şəklində deyil, “niyə azərbaycan hələ də “ibrahim razılaşma”sına daxil edilməyib?” formasında qoyulmasını məqsədəuyğun sayıb. iki ölkə arfasında müdafiə sahəsində əməkdaşlığın miqyasının dərin qarşılıqlı inamı və təhlükəsizlik maraqlarına ortaq öhdəliyi nümayiş etdirdiyi və bu mənada azərbaycanla əməkdaşlığın genişləndirilməsinin yalnız israilin xeyrinə ola biləcəyi yazılıb.
israilin uzunmüddətli strateji tərəfdaşı olan azərbaycanın sözügedən formatdan kənarda qalmasının məntiqə sığmadığına, ölkənin rusiya və iran kimi regional güclərin kəsişməsində yerləşməsinin onun “ibrahim razılaşması” üçün geosiyasi dəyərini müəyyən etdiyinə diqqət çəkilib.
məqaləni ətraflı şəkildə linkə keçid etməklə oxumaq mümkündür.























