bakı, 7 aprel, arhd.media



indi bunu az adam xatırlayır ki, vaxtilə xankəndidən bakıya qatarla getmək mümkün idi. hətta xüsusi vaqon var idi ki, insanlar birbaşa moskvaya bilet ala bilirdilər. sonra bu vaqon başqa qatara qoşulurdu. biletin qiyməti cəmi 8-10 rubl idi. bu dəmir yolunun tikintisinə hələ 1912-ci ildə başlanmışdı, lakin birinci dünya müharibəsi səbəbindən işlər dayandırıldı. ilkin olaraq planlaşdırılmışdı ki, yevlax-əsgəran-xankəndi-şuşa istiqamətində dəmir yolu çəkilsin. yolun tikintisi yalnız 1942-ci ildə bərpa olundu və marşrut dəyişdirilərək bərdə, ağdam və xankəndi istiqamətində aparıldı.

arhd.media xəbər verir ki, bu barədə litvalı jurnalist riçardas lapaytis özünün feysbuk səhifəsində yazıb. o qeyd edir ki, 1991-ci ildə xankəndidən bakıya sonuncu qatar yola düşdü. həmin qatarda olan azərbaycanlılar bilmirdilər ki, geri qayıtmaq onlara qismət olacaqmı?

30 il keçdi və onlar yenidən öz doğma torpaqlarına qədəm qoydular. “o zaman (birinci qarabağ müharibəsi – red.) onlar zorakılıqdan, dağıntıdan və ölümdən qaçırdılar. sonuncu qatar gecə vaxtı yola düşdü və azərbaycanlıların sağ qalması əsl möcüzə oldu. sərnişinlər arasında yüzlərlə insan, çoxlu uşaq və qadın var idi. onlar həmin an özlərini necə hiss edirdilər? bəs bələdçilərin və maşinistlərin məsuliyyəti nə qədər böyük idi!

qatarda dəhşətli bir sükut hökm sürürdü. insanlar pıçıldaşırdı. kimsə sonuncu çörək tikəsini paylaşırdı. vaqonlarda qorxu içində olan kədərli və onları nə gözləyəcəklərini bilməyən insanlar oturmuşdular. pəncərələrdən aralı otururdular ki, daşdan və güllələrdən qorunsunlar. onlar hiss edirdilərmi ki, bu onların sonuncu səfəridir? onları dəhşət doldu bir ağır vaxtda qoruyan yox idi”, – deyə o yazır.

litvalı jurnalist qeyd edir ki, bundan sonra xankəndidəki dəmiryol stansiyası tərk edildi və bir kabusa çevrildi. “reysləri metal kimi söküb ermənistana apardılar. ikinci qarabağ müharibəsindəki qələbədən sonra prezident ilham əliyevin sərəncamı ilə bərdə-ağdam dəmir yolu xəttinin tikintisinə başlanıldı. lakin əvvəlcə minalanmış sahələri təmizləmək lazım idi. təsəvvür etmək çətindir ki, azərbaycan necə bir “bataqlıqdan”, müxtəlif qruplardan, vasitəçilərdən çıxaraq bu işləri gördü! bütün bunları öz gücünə etdi, gənc əsgər və zabitlərin qanı bahasına! xankəndiyə bu dəmir yolu ilə gedəndə həmişə bu hekayəni xatırlayın…”, – deyə o qeyd edir.

qeyd edək ki, qarabağda dəmir yolunun tikintisi hələ 1912-ci ildə başlanmış, yalnız 1942-ci ildə başa çatdırılmışdı. 25 ildən sonra yenidənqurma işləri tələb olunmuşdu, çünki dəmir yolu əvvəlcə dar idi. o zaman dəmir yolu xətti yalnız ağdama qədər çəkilmişdi, növbəti mərhələdə xankəndiyə qədər isə planlaşdırılsa da, tikilməmişdi. heydər əliyevin sayəsində bu problem həll olundu. 1979-cu il yanvarın 12-də təntənəli mərasimdə heydər əliyevin iştirakı ilə uzunluğu 26 kilometrdən bir az çox olan ağdam-xankəndi dəmir yolu xətti istifadəyə verildi. həmin gün xankəndidə yeni vağzal da fəaliyyətə başladı.

Baxış sayı: 4 516

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə