ersin tatar: şimali kiprə dəstəyinə görə prezident ilham əliyevə təşəkkürümü bildirirəm

ankara, 9 aprel, arhd.media



ersin tatar: şimali kiprə dəstəyinə görə prezident ilham əliyevə təşəkkürümü bildirirəm


şimali kipr türk cümhuriyyətinin (şktc) prezidenti ersin tatar azərbaycan prezidenti ilham əliyevin şimali kiprə dəstək bəyanatını yüksək qiymətləndirib.

arhd.media xəbər verir ki, şktc lideri azərbaycan dövlət başçısının ada universitetində keçirilən “yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışını yüksək dəyərləndirib.

“azərbaycan prezidentinin bu bəyanatı bizi çox sevindirdi. şktc-yə verdiyi güclü dəstəyə görə prezident ilham əliyevə səmimi təşəkkürümü bildirirəm”, - deyə ersin tatarın şktc prezidentinin rəsmi saytında yerləşdirilən bəyanatında qeyd olunur.

siyasətçi azərbaycanla münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib, iki xalqı birləşdirən ortaq dəyərləri və qırılmaz bağları vurğulayıb.

ersin tatar bildirib ki, şimali kipr türk cümhuriyyəti ilə azərbaycanın qardaşlıq və əməkdaşlıq münasibətlərinin gələcəkdə də davam edəcəyinə və əsrlər boyu sürəcəyinə ümid edir.

Baxış sayı: 5 709

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə