bakı, 10 aprel, arhd.media
yeni azərbaycan partiyasının (yap) sədr müavini - mərkəzi aparatın rəhbəri tahir budaqov və partiyanın mərkəzi aparatının informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri nurlan qələndərov türkiyənin xarici işlər naziri hakan fidanın dəvəti ilə qardaş ölkəyə səfər ediblər.
bu barədə arhd.media-a yap-dan məlumat verilib.
bildirilib ki, yap nümayəndələri türkiyə prezidentinin himayədarlığı ilə bu ölkənin xarici işlər nazirliyi tərəfindən təşkil olunan iv antalya diplomatiya forumunda iştirak edəcəklər.
səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.
























