bakı, 11 aprel, arhd.media



aprelin 11-də iqtisadi şuranın növbəti iclası keçirilib.

nazirlər kabinetindən arhd.media-a bildiriblər ki, azərbaycan respublikası iqtisadi şurasının sədri, baş nazir əli əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-2029-cu illər üçün prezident ilham əliyev tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri, ortamüddətli büdcə çərçivəsi (ombç), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makrofiskal çərçivə, 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, büdcə dayanıqlığı və digər cari məsələlər ətraflı müzakirə olunub.

gündəlikdə olan ombç, 2026-cı il və sonrakı üç il üçün büdcə proqnozları barədə maliyyə naziri sahil babayevin geniş təqdimatı dinlənilib. təqdim olunan məsələlərə dair iqtisadi şuranın üzvləri tərəfindən çıxışlar edilib və müzakirələr aparılıb.

iclasın yekununda iqtisadi şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla büdcə proqnozları barədə qərarlar qəbul olunub. maliyyə nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Baxış sayı: 4 525

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə