xankəndi, 14 aprel, arhd.media
xankəndidə “heydər əliyev və suveren azərbaycan” mövzusunda konfrans keçirilir
azərbaycan prezidenti ilham əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “konstitusiya və suverenlik ili” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər keçirilir.
bu çərçivədə, aprelin 14-də baş prokurorluq və elm və təhsil nazirliyinin birgə təşkilatçılığı, qarabağ universitetinin tərəfdaşlığı ilə xankəndi şəhərində yerləşən qarabağ universitetində “heydər əliyev və suveren azərbaycan” mövzusunda konfrans keçirilir.
arhd.media-ın bölgə müxbiri xəbər verir ki, konfransda baş prokuror kamran əliyev, elm və təhsil naziri emin əmrullayev, dövlət rəsmiləri, hüquqşünaslar, media nümayəndələri, eləcə də gənc tədqiqatçılar iştirak edirlər.





























