bakı, 29 yanvar, arhd.media





yanvarın 29-da azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.
arhd.media xəbər verir ki, azərbaycan respublikasının prezidenti ilham əliyev bakı şəhərinin 7 saylı səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.
prezident ilham əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
qeyd edək ki, bakı şəhərinin 7 saylı səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır






















