moskva, 16 aprel, arhd.media
rusiyalı mütəxəssislər artıq irandadır və rəşt-astara dəmir yolu layihəsi üzərində iş aparırlar.
arhd.media xəbər verir ki, bu barədə jurnalistlərə rusiya baş nazirinin müavini aleksey overçuk məlumat verib.
iranın moskvadakı səfiri kazem cəlalinin rəşt-astara dəmir yolu hissəsinin tikintisinin ən azı 3-4 il çəkə biləcəyi ilə bağlı sözlərinə münasibət bildirən rusiya rəsmisi qeyd edib ki, iranlı diplomat bu proqnozu mütəxəssislərin hesablamaları əsasında verib.
2023-cü ildə rusiya ilə iran arasında “şimal-cənub” layihəsi çərçivəsində azərbaycanla iran arasında fars körfəzinin limanlarına dəmir yolu xəttinin çıxışını təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. layihənin ümumi dəyəri 1,6 milyard avrodur. sənədə əsasən, moskva və tehran tikinti və layihələndirmə işlərini, həmçinin malların tədarükü və xidmətləri birgə maliyyələşdirəcək.

























