bakı, 16 aprel, arhd.media
müdafiə nazirinin birinci müavini – azərbaycan ordusunun baş qərargah rəisi general-polkovnik kərim vəliyevin slovakiya respublikası silahlı qüvvələrinin baş qərargah rəisi general-leytenant daniel zmekonun dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.
müdafiə nazirliyinin mətbuat xidmətindən arhd.media-a verilən məlumata görə, səfərin ilk günü azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.
azərbaycan ordusunun baş qərargah rəisi general-polkovnik k.vəliyevin slovakiyalı həmkarı general-leytenant d.zmeko ilə görüşündə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
sonra general-polkovnik k.vəliyev slovakiya müdafiə nazirinin müavini martin voytaşoviç ilə görüşüb.
tərəflər hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparıblar.






























