bakı, 17 aprel, arhd.media
milli məclisin sədri sahibə qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mdb parlamentlərarası assambleyasının (mdb pa) şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün rusiya federasiyasının sankt-peterburq şəhərinə işgüzar səfər edib. .
milli məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən arhd.media-a bildiriblər ki, səfər çərçivəsində milli məclisin sədri sahibə qafarovanın mdb pa-nın şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.























