şuşa, 17 aprel, gülay nəzərova, arhd.media
bərpa layihələrinin uğurlu olması üçün yerli icmaların fəal iştirakı vacibdir.
arhd.media xəbər verir ki, bunu icesco-nun islam dünyası irs mərkəzinin direktoru vebber ndoro aprelin 17-də şuşada keçirilən “postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda i islam dünyası mədəniyyət forumunda söyləyib.
o qeyd edib ki, yerli icmaları prosesə cəlb etmək və onların fikirlərini dinləmək vacibdir, çünki onlar öz mədəni ehtiyaclarını xarici mütəxəssislərdən daha yaxşı bilirlər.

























