prezident ilham əliyev: birgə bəyannamə tarixi hadisədir və azərbaycan-çin münasibətlərində yeni səhifə açır

bakı, 21 aprel, arhd.media



bizim astanadakı görüşümüz (çinin sədri si cinpinlə - red.) və onun yekunlarına dair qəbul edilən birgə bəyannamə tarixi hadisədir və azərbaycan-çin münasibətlərində yeni səhifə açır.

arhd.media xəbər verir ki, bu fikri azərbaycan prezidenti ilham əliyev çinin sinxua agentliyinə məxsusi müsahibəsində söyləyib.

dövlətimizin başçısı, həmçinin bildirib: “çxr-in sədri si cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan bəyannamə çxr və azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir”. prezident ilham əliyev yüksəksəviyyəli səfərlər mübadiləsinin dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcəyinə inandığını vurğulayıb.

Baxış sayı: 4 517

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə