ali nümayəndə: avropa ittifaqı azərbaycanın ən böyük ticarət tərəfdaşıdır

bakı, 25 aprel, arhd.media



avropa ittifaqı azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.

arhd.media xəbər verir ki, bunu avropa ittifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, avropa komissiyasının vitse-prezidenti kaya kallas azərbaycanın xarici işlər naziri ceyhun bayramovla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.

o bildirib ki, avropa ittifaqı, eyni zamanda, azərbaycanda minaların təmizlənməsi prosesinə töhfə verməkdədir və ölkədə münaqişənin izlərinin aradan qaldırılması istiqamətində səylərini davam etdirəcək.

“biz azərbaycanla ticarət əlaqələrimizi yeni razılaşma əsasında daha da genişləndirməyi planlaşdırırıq”, - deyə avropa ittifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vurğulayıb.

görüşdə azərbaycan və ermənistan arasında əlaqələrin normallaşdırılması mövzusunda da çox səmərəli müzakirələr apardıqlarını bildirən kaya kallas əlavə edib: “iki ölkə arasında münasibətlərin gücləndirilməsi, sülh sazişinin dayanıqlı və davamlı olması istiqamətində göstərilən səylərə avropa ittifaqı olaraq dəstəyimizi ifadə edirik. sülh sazişinin mətn hissəsinin razılaşdırılmasını məmnuniyyətlə qarşılayıram və ümid edirəm ki, növbəti addımlar daha məhsuldar olacaq”.

Baxış sayı: 4 524

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə