bakı, 25 aprel, arhd.media
aprelin 25-də azərbaycan respublikasının baş naziri, azərbaycan investisiya holdinqinin (aih) müşahidə şurasının sədri əli əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərin 2024-cü ilin yekunları üzrə fəaliyyət hesabatı, əsas maliyyə nəticələri, o cümlədən ümumi gəlir və ebitda göstəriciləri, aih-in idarəetməsinə verilmiş yeni portfel şirkətlər (“azəralüminium” mmc, “azərbaycan alüminiumu” asc və “azərpambıq ask” mmc), iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı tərəfindən portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin yekun hesabatı və əsas praktik tövsiyələri, birgə investisiya fondları çərçivəsində görülmüş işlər və digər məsələlər ətraflı müzakirə olunub.
nazirlər kabinetinin mətbuat xidmətindən arhd.media-a bildirilib ki, iclasda azərbaycan investisiya holdinqinin baş icraçı direktoru ruslan əlixanovun geniş hesabatı dinlənilib.
iclasın yekununda aih-nin müşahidə şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və holdinqin idarə heyətinə müvafiq tapşırıqlar verilib.



























