məsud pezeşkian: azərbaycandakı tərəfdaşlarımızla danışıqlar aparacaq, əlaqələrimizi genişləndirməyə çalışacağıq

bakı, 28 aprel, arhd.media



azərbaycan ilə əməkdaşlıq üçün yaxşı imkanlar var. biz iran, azərbaycan və rusiya arasında ticarət, elmi, iqtisadi məsələləri və tranzit yollarını müzakirə edəcəyik.

arhd.media iranın irna xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri iran prezidenti məsud pezeşkian azərbaycana səfərə yola düşərkən tehran hava limanında mətbuat nümayəndələrinə açıqlaması zamanı deyib.

o bildirib ki, bu səfər dost və qardaş azərbaycan prezidentinin rəsmi dəvəti ilə həyata keçirilir.

“biz də azərbaycanda sevdiklərimizlə görüşməkdə maraqlıyıq. bu səfər çərçivəsində iş adamlarımız, sənayeçilərimiz və alimlərimiz azərbaycandakı tərəfdaşlarımızla danışıqlar aparacaq və biz əlaqələrimizi genişləndirməyə çalışacağıq. iran və azərbaycanın dərin tarixi, mədəni və mənəvi bağlılığı var və ümid edirəm ki, bu əlaqələr ölkənin bütün sahələrdə inkişafı və böyüməsinə səbəb olacaq. ümid edirik ki, səfər zamanı öz təcrübələrimizi bölüşə, ticarət və iqtisadiyyata birgə investisiyalar yatırmaq barəsində razılıq əldə edə bilərik. biz dəhlizlərə birgə sərmayə qoymuşuq və bu əlaqə, yaxınlıq hər iki ölkənin inkişafına səbəb olacaq”, - deyə iran prezidenti m.pezeşkian vurğulayıb.

Baxış sayı: 4 527

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə