bakı, 28 aprel, arhd.media


aprelin 28-də iran islam respublikasının prezidenti məsud pezeşkianın rəsmi qarşılanma mərasimi olub.

arhd.media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda iran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

azərbaycan prezidenti ilham əliyev iran prezidenti məsud pezeşkianı qarşıladı.

fəxri qarovul dəstəsinin rəisi iran prezidentinə raport verdi.

iran islam respublikasının və azərbaycan respublikasının dövlət himnləri səsləndirildi.

fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında azərbaycan prezidenti ilham əliyevin və iran prezidenti məsud pezeşkianın qarşısından keçdi.

dövlət başçıları rəsmi foto çəkdirdilər.

Baxış sayı: 8 986

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə