bakı, 29 aprel, arhd.media
bakı şəhər icra hakimiyyəti başçısının tabeliyində “sahibsiz heyvanlara qayğı mərkəzi” publik hüquqi şəxs yaradılır.
arhd.media xəbər verir ki, bununla bağlı baş nazir əli əsədov qərar imzalayıb.
“bakı şəhər icra hakimiyyəti başçısının tabeliyində “sahibsiz heyvanlara qayğı mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında” qərara əsasən, publik hüquqi şəxsin nizamnaməsi və strukturu təsdiqlənib.
bildirilib ki, mərkəz sahibsiz heyvanlara qayğı göstərilməsi və onların uçotunun aparılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
mərkəzin nizamnamə fondu 2 milyon manat təşkil edir və bakı şəhər icra hakimiyyətinin mənzil-kommunal təsərrüfatı departamentinin sanitariya və texniki təmizlik idarəsinin balansında olan əsas vəsaitlər hesabına formalaşır.
mərkəzin ləğvini və yenidən təşkilini azərbaycan respublikasının prezidenti ilə razılaşdırmaqla, nazirlər kabineti həyata keçirir.
























