bakı, 30 aprel, arhd.media
aprelin 30-da azərbaycanın xarici işlər naziri ceyhun bayramov küveyt dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin vəliəhdi şeyx sabah xalid əl-həməd əl-sabah ilə görüşüb.
xarici işlər nazirliyinin mətbuat xidməti idarəsindən arhd.media-a bildirilib ki, görüş zamanı azərbaycan-küveyt ikitərəfli və çoxtərəfli əməkdaşlığının müxtəlif aspektləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
iki ölkə arasında mövcud siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə edilib, ali və yüksək səviyyəli səfər və təmasların daha da artırılmasının əhəmiyyəti vurğulanıb. xarici işlər nazirlikləri arasında baş tutan siyasi məsləhətləşmələrin əməkdaşlıq üçün potensial sahələrin müəyyən olunması baxımından faydalı olduğu diqqətə çatdırılıb.
regional və beynəlxalq təşkilatlar, o cümlədən bmt, islam əməkdaşlıq təşkilatı (iət), qoşulmama hərəkatı çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, azərbaycanın növbəti ildə iət-ə sədrliyi çərçivəsində birgə fəaliyyət məsələlərindən bəhs edilib.
vəliəhd şeyx sabah xalid əl-həməd əl-sabah bmt-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası (cop29) zamanı ölkəmizə səfərini və prezident ilham əliyev ilə baş tutan görüşünü xatırlayaraq, aparılan müzakirələr zamanı ölkələrimiz arasında xüsusilə iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm kimi istiqamətlər üzrə əməkdaşlığın inkişafı məsələlərinə vurğu edildiyini diqqətə çatdırıb.
bu baxımdan, azərbaycan respublikası hökuməti və küveyt dövləti hökuməti arasında birgə komissiyanın keçiriləcək iclasının vacibliyi qeyd olunub.
görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


























