bakı, 30 aprel, arhd.media


türkmənistanın arkadağ şəhərində iqtisadi əməkdaşlıq təşkilatına (iət) üzv dövlətlərin davamlı inkişaf üzrə birinci nazirlər forumu keçirilib.

azərbaycanın türkmənistandakı səfirliyindən arhd.media-a bildiriblər ki, forumda azərbaycanı səfir qismət gözəlov təmsil edib.

forumda iranın vitse-prezidenti-planlaşdırma və büdcə məsələləri təşkilatının rəhbəri, özbəkistanın və qazaxıstanın baş nazirinin müavinləri, türkmənistanın maliyyə və iqtisadiyyat naziri, tacikistanın iqtisadi inkişaf və ticarət naziri, pakistanın planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər üzrə federal naziri, qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini, türkiyə prezident administrasiyasının strateji və büdcə baş idarəsinin sektorlar və dövlət investisiyaları üzrə baş direktoru, bmt-nin türkmənistandakı rezident-əlaqələndiricisi, iət-in baş katibi, habelə iət-in müxtəlif təsisatlarının rəhbərləri iştirak ediblər.

forumda əsas diqqət dayanıqlı inkişaf üzrə 2030 gündəliyi istiqamətində səylərin artırılması, regional əməkdaşlığın gücləndirilməsi, eləcə də iqlim dəyişikliyi, ekologiya, ticarət, enerji, nəqliyyat-kommunikasiya və gender bərabərliyi kimi sahələrdə əməkdaşlıq perspektivlərinin araşdırılmasına yönəlmişdir.

səfir q.gözəlov forumun açılış mərasimində, eyni zamanda, forum çərçivəsində keçirilən iqlim dəyişikliyi mövzusundakı panel iclasında çıxış edib. forumun açılış mərasimindəki çıxışı zamanı səfir azərbaycanın davamlı inkişafa sadiqliyini vurğulayıb, 2030 gündəliyinin əsas prinsipləri – universallıq, inklüzivlik, insan hüquqları və siyasətlərin uyğunluğu əsasında ölkə səviyyəsində mühüm addımların atıldığını qeyd edib.

diplomat çıxışında dim üzrə ölkəmiz tərəfindən 17 məqsəd, 101 hədəf və 144 göstərici üzrə milli adaptasiyanın həyata keçirildiyini, həmçinin 2017–2023-cü illər ərzində 50-yə yaxın milli strategiya və dövlət proqramının dim ilə uzlaşdırıldığını, xüsusən “azərbaycan 2030: sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər”, “2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”, “böyük qayıdış” dövlət proqramının xüsusi önəm daşıdığını vurğulayıb. azərbaycanın dim üzrə dialoqlar təşəbbüsü ilə dövlət qurumları, bmt, özəl sektor və vətəndaş cəmiyyəti arasında platforma qurduğunu bildirib. səfir cop29-da ölkəmiz tərəfindən irəli sürülmüş 14 təşəbbüs, əldə edilmiş əsas nailiyyətlərdən biri kimi iqlim maliyyəsi hədəfinin müəyyən edilməsini diqqətə çatdırıb, eyni zamanda, azərbaycanın yaşıl enerji gündəliyi və alternativ enerji sahəsində həyata keçirdiyi layihələr barədə iştirakçılara ətraflı məlumat verib. azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə, həmçinin qlobal ekoloji sabitliyin təmin edilməsindəki roluna diqqət çəkib.

forum çərçivəsində keçirilmiş “iqlim dəyişikliyi və ətraf mühitin davamlılığı” panelindəki çıxışında isə səfir azərbaycanın yaşıl enerji gündəliyini və alternativ enerji sahəsindəki beynəlxalq əməkdaşlıq mövqeyindən bəhs etdi. azərbaycanın bərpaolunan enerji potensialı və ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən iri yaşıl enerji layihələrinə toxunaraq, regionda və dünyada yaşıl enerji keçid istiqamətində atılan addımlara toxunub. q.gözəlov, həmçinin cop29 çərçivəsində mərkəzi asiya üzrə əldə edilmiş razılaşmalar, carec və speca çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyəti barədə məlumat verərək, türk dövlətləri təşkilatı çərçivəsində aparılan əməkdaşlıq əlaqələrindən danışıb. azərbaycanın təşəbbüsü ilə qazaxıstan və özbəkistanla imzalanan bərpaolunan enerji sahəsində strateji tərəfdaşlıq razılaşması və xəzər dənizi vasitəsilə avropaya təmiz enerji ötürmək məqsədilə həyata keçiriləcək yaşıl dəhliz barədə məlumat verib. həmçinin cop29 çərçivəsində xəzər dənizinin ekoloji və nəqliyyat məsələlərinin də diqqət mərkəzində olduğunu bildirib.

iki gün davam edən tədbirdə iştirakçılar çıxış edərək, forumun dim-ə nail olmaq üçün strateji platforma kimi əhəmiyyətini vurğulayıb, regional əməkdaşlığın intensivləşdirilməsinin və iət-ə üzv ölkələr arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd edib. eyni zamanda, iqlim dəyişikliyi, ərzaq, enerji təhlükəsizliyi, həmçinin gender bərabərliyi və digər məsələlərin əsas olduğu bildirilərək, strateji çoxtərəfli dialoqun əlaqələndirilməsi və həyata keçirilən tədbirlərin siyasi ardıcıllığı üçün iət-dən mümkün istifadə yollarından bəhs edib.

forum çərçivəsində keçirilən panel iclaslarında “iqlim dəyişikliyi və ətraf mühitin davamlılığı”, “dayanıqlı maliyyə, iqtisadi inkişaf və maddi təhlükəsizlik”, “dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında ailə institutlarının və əhalinin artımının rolu” və “2026–2035: iət baxışı” mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.

forumun sonunda “davamlı inkişaf üzrə birinci iət yüksək səviyyəli forumunun yekun sənədi” qəbul edilib.

Baxış sayı: 8 800

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə