bakı, 30 aprel, arhd.media
italiyanın şirkətlər və “made in italy” naziri ilə görüşdə ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
bu barədə arhd.media-a iqtisadiyyat nazirliyindən məlumat verilib.
bildirilib ki, iqtisadiyyat naziri mikayıl cabbarov italiyanın şirkətlər və “made in italy” naziri adolfo urso ilə videkonfrans formatında görüşüb.
görüşdə italiya ilə dostluğa və strateji tərəfdaşlığa əsaslanan iqtisadi əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. italiyanın azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib. bir çox italiya şirkətlərinin ölkəmizdə sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. iqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.
tərəflər ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın artırılması, biznes subyektlərinin işbirliyi və qarşılıqlı investisiya layihələri barədə fikir mübadiləsi aparıblar.

























