bakı, 6 may, arhd.media
mayın 6-da xarici işlər nazirinin müavini yalçın rəfiyev ölkəmizdə səfərdə olan iran islam respublikasının xarici işlər nazirinin müavini, iran xarici işlər nazirliyinin siyasi və beynəlxalq araşdırmalar mərkəzinin rəhbəri səid xətibzadə ilə görüşüb.
xarici işlər nazirliyinin mətbuat xidməti idarəsindən arhd.media-a bildirilib ki, görüş zamanı iran islam respublikasının prezidenti məsud pezeşkianın ölkəmizə səfərindən sonra azərbaycan-iran ikitərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb.
tərəflər, həmçinin iran və azərbaycanın araşdırma və beyin mərkəzləri arasında təmasların və əməkdaşlığın qurulmasının ikitərəfli əməkdaşlığa əlavə təkan verəcəyini, iki ölkənin ictimaiyyətləri arasında müxtəlif mövzular barədə məlumatlılığın artmasına xidmət edəcəyini qeyd ediblər.
nazir müavinləri, həmçinin digər regional və qlobal məsələlər ətrafında müzakirə aparıblar.

























