bakı, 7 may, arhd.media
azərbaycanın xarici işlər nazirliyi (xin) hindistanla pakistan arasındakı gərginliyə dair bəyanat yayıb.
arhd.media xəbər verir ki, bəyanatda deyilir: “azərbaycan respublikası hindistan respublikası ilə pakistan islam respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir.
pakistan islam respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.
bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”.

























