bakı, 9 may, arhd.media
rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev bakıda səfərdə olan vyetnam sosialist respublikasının elm və texnologiya naziri nguyen manh hung ilə görüşüb.
arhd.media xəbər verir ki, bu barədə nazir rəşad nəbiyev bildirib.
“ölkələrimiz arasında it, rəqəmsallaşma, texnologiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
eyni zamanda, vyetnamın it şirkətlərinin gələcəkdə azərbaycanda fəaliyyət göstərməsi barədə fikir mübadiləsi apardıq”, - deyə nazir əlavə edib.

























