vaşinqton, 9 may, arhd.media
abş prezidenti donald tramp çinlə ticarət üzrə danışıqlar ərəfəsində bu ölkə üçün 80 faizlik tarif ola biləcəyinin mesajını verib. azərtac-ın məlumatına görə, o bildirib ki, çin öz bazarını abş-a açmalıdır. “bu onlar üçün də yaxşı olacaq. qapalı bazarlar artıq keçmir”,- deyə tramp əlavə edib.
hazırda abş çin məhsullarına 145 faiz tarif tətbiq edir.


























